Nigeriyanın Kebbi əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində 23 nəfərin itkin düşdüyü bildirilib.
Elchi.az xəbər verir ki, Nigeriya Xəbər Agentliyinin (NAN) məlumatına görə, ötən gecə Kebbinin Yauri bölgəsində sərnişinləri daşıyan qayıq çayda batıb.
Kebbi Qubernatorluğunun mətbuat katibi Alhaji Salihu Garba, hadisədə 23 nəfərin itkin düşdüyünü, 7 nəfərin isə sağ qaldığını açıqladı.
Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Qarba, itkin düşənlərin həyatını itirməsindən narahat olduqlarını bildirib.
Nigeriyada yağışlı mövsümdə çaylarda bəzən qayıq qəzaları baş verə bilər. Sentyabrın 10-da Adamava ştatında sərnişinləri daşıyan qayığın Mokva çayında batması nəticəsində 30 nəfər həlak olub.
Şayəstə Hüseynova





