
Gürcüstanın Cavaxetiya bölgəsində bu ölkə vətəndaşı olan 5 min erməni gizli şəkildə Ermənistan vətəndaşlığı alıb. Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, ermənilər bu faktı Rusiyaya əmək miqrantı qismində getməyi asanlaşdırmaq naminə gizlətdiklərini bildiriblər.
“Biz Rusiyaya maneəsiz getmək və orada işə düzəlmək üçün Ermənistan vətəndaşlığı almaq qərarına gəldik”. Bu sözləri “Rustavi 2” telekanalına açıqlamasında Ermənistanın yeni vətəndaşlarından biri söyləyib.
Ancaq iş ondadır ki, Ermənistan vətəndaşlığı alan ermənilərin hamısı avtomatik şəkildə Gürcüstan vətəndaşlığından məhrum ediliblər. Çünki Gürcüstan qanunvericiliyinə görə, ikili vətəndaşlığa icazə var, ancaq iki vətəndaşlığa malik olmaq yasaqdır.
Musavat.com



