Bolqarıstan Rusiya nömrəli şəxsi avtomobillərin ölkəyə girişini qadağan edən bəzi Avropa ölkələrinə qoşulub.
Elchi.az xəbər verir ki, Gömrük İdarəsinin rəsmi saytında dərc edilən açıqlamada 10-a qədər sərnişin daşıyan Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişi və tranzitinə qadağa qoyulduğu bildirilib.
Bildirilib ki, Avropa Komissiyasının tövsiyəsi ilə tətbiq edilən və Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən bu yeni qadağaya nəzarət Gömrük Agentliyi, Daxili İşlər Nazirliyi və Sərhəd Polisi olacaq.
Qeyd olunub ki, Rusiya diplomatik nümayəndəliklərinə məxsus avtomobillər müraciətdən çıxarılacaq.
Ölkədəki bütün digər Rusiya nömrəli avtomobillərə Bolqarıstanı tərk etmək üçün 6 ay müddət verildiyi açıqlanıb.
Sərhəd polisinin rəisi Anton Zlatanov açıqlamasında bildirib ki, Rusiya dövlət nömrə nişanlı avtomobillərlə yanaşı, Rusiya vətəndaşlarına məxsus bəzi şəxsi mülklərə də qadağa qoyulacaq, onların siyahısı daha sonra müəyyən ediləcək.
Zlatanov qeyd edib ki, Bolqarıstana daxil olan Rusiya dövlət nömrə nişanlı avtomobillərin sayı nisbətən azdır.
Şayəstə Hüseynova





