1994-cü ildə eks-prezident Heydər Əliyev “Azəryolservis”ASC-nin sədri, Cavid Qurbanov vəzifədən qovmuşdu. Onun işdən çıxarılması ilə bağlı sərəncamda Qurbanovun vəzifə səhlənlkarlığına, özbaşınalıqlara, ciddi nöqsanlara yol verdiyi əks olunurdu. Çoxları hətta Cavid Qurbanovun işdən qovulması ilə bağlı mərhum prezidentimiz Heydər Əliyevin verdiyi fərmana belə inana bilmirdilər. Fərman niyə icra olunmadı, onu deyə bilmərik. Yalnız onu deyə bilərik ki, Cavid Qurbanovun günəşi kimlərinsə sayəsində 2002-ci ildən sonra yenidən parlamağa başladı. Günəş o qədər parladı ki, Cavid Qurbanov bir neçə dəfə mandat sahibi belə oldu.
Nəticəsi iki gün öncə isə bir azda Cavid Qurbanovun günəşi parladı və ölkə prezidenti onu “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin etdi.
Maraqlıdır ki, Cavid Qurbanov yeni vəzifəyə təyinat alsa da. Onun bu posta elə də rahat otura biləcəyi müamması da ortaya çıxıb.
Məlumatlara görə, Cavid Qurbanov bu posta müvəqqəti təyin olunub və onun əvvəllər quruplaşmasında olduğu Ziya Məmmədovun yerinə təyinat ala bilər. Sadəcə olaraq Qurbanov parlayan günəşini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri kimi bir az da prlatmalıdır. Bundan sonra isə Ziya Məmmədov yola salınaraq par-par parıldayan reyslər üzərində yürüyərək Nəqliyyat naziri cənab Ziya Məmmədovu əvəzləyəcək.




