Xorvatiyanın ən böyük şəhərlərindən biri olan Osijekdə bir şirkətin plastik anbar sahəsində baş verən yanğın davam edir.
Elchi.az xəbər verir ki, Osijek Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada, yerli vaxtla saat 00.40-da şəhərdəki bir şirkətin plastik anbarında yanğının baş verdiyi bildirilib.
Açıqlamada hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadasının gəldiyi, vətəndaşlara yanğın nəticəsində əmələ gələn qazların zərərli təsirindən zərurət olmadıqca çölə çıxmamaları ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.
Söndürmə işləri axşam saatlarına qədər davam edə bilər.
Osijek Bələdiyyə Başçısı İvan Radiç yerli mətbuata verdiyi açıqlamada yanğının hələ də davam etdiyini və çox sayda yanğınsöndürmə briqadasının sahədə olmasına baxmayaraq, söndürmə işlərinin axşam saatlarına qədər davam edəcəyini gözlədiklərini bildirib.
Bu arada, güclü külək nəticəsində yanğının yaratdığı tüstünün Bosniya və Herseqovina sərhədinə çatdığı, yanğın zamanı iki yanğınsöndürənin yüngül xəsarət aldığı bildirilib.
Nuranə Məmmədova




