“Twitter”in maliyyə direktoru Entoni Notonun mikrobloqu sındırılıb. Musavat.com Gazeta.ru-ya instinadən xəbər verir ki, onun akkauntundan spam məlumatlar göndərilir.Xatırladaq ki, fevralın 10-da “Newsweek” jurnalının Twitter akkauntu İŞİD üzvləri tərəfindən sındırılıb. Naməlum şəxslər Delta hava yolları şirkətinin “Facebook” səhifəsini də ələ keçiriblər.



