Başından silahla vurulan, uzun müddət ölüm-dirim mübarizəsi aparan İbrahim Tatlısəs yeni
əməliyyata hazırlaşır.
əməliyyata hazırlaşır.ANS PRESS-in məlumatına görə, məşhur türk müğənni İbrahim Tatlısəs müalicəsini davam etdirmək məqsədilə bir müddət əvvəl Florida ştatının Mayami şəhərinə gedib.
Müğənninin Mayamidəki sənətçi dostları və yaxınları ona dəstək olur, kefinin yaxşı olmasına çalışırlar. Son vaxtlar istirahət etməyə çalışan İbonun əməliyyatdan əvvəl bığlarını kəsdirməsi diqqət çəkib. Bundan başqa, sənətçinin kefinin yaxşı olması da gözlərdən yayınmayıb.
O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur müğənni həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olacaq. Həkimlər əməliyyatın çox riskli olduğu bildirir.
Mayamidə bir avtomobil və ev alan Tatlısəsin bir ay içərisində əməliyyat olması gözlənilir.
Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb.



