Misirin Neft və Mineral Ehtiyatlar Naziri 2021-ci ilin yanvar ayından etibarən İsraildən idxal edilən təbii qazın miqdarında 40 faiz artım olduğunu və qarşıdakı dövrdə daha 30 faiz artım gözlənildiyini açıqlayıb.
Elchi.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Molla Misirin gündəlik təbii qaz hasilat gücünün 6 milyard kub fut olduğunu və bu nisbətlərin ilin sonuna qədər sabitliyinin şirkətlərin yataqlarda işlənmə işləri aparmaq və hasilat hədəflərinə çatmaq əzmindən asılı olduğunu bildirib.
Nazir Molla həmçinin əlavə edib ki, Misir Təbii Qaz Holdinqinin (EGAS) rəhbərlik etdiyi Misir özəl şirkətləri Fələstin tərəfləri ilə ortaq şəkildə “Qəzza Dənizi” təbii qaz yatağının işlənməsi layihəsini 2 ildən az müddətdə tamamlayacaq.
Rusiyadan təbii qaz asılılığının azaldılması çərçivəsində Avropaya qaz tədarükünü artırmaq üçün Misir, İsrail və Avropa İttifaqı (Aİ) arasında 15 iyun 2022-ci ildə sazişlər imzalanıb.
Nuranə Məmmədova





