"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan beynəlxalq kosmik ailənin nüfuzlu üzvüdür

05 Oktyabr 2023 - 11:50
in CƏMİYYƏT

1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Həmin vaxt bu mühüm beynəlxalq tədbir ilk dəfə idi ki, respublikamızda təşkil olunurdu. Tədbirə ev sahibliyi edən ölkə SSRİ olsa da, istənilən halda Konqresin məhz Azərbaycan paytaxtında keçirilməsi respublikamızın dünyada tanınması, gələcək əlaqələr üçün zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edən hadisə idi. Bu gün Azərbaycanın astronavtika sahəsində əldə etdiyi uğurlarla sübut edir ki, 50 il öncə Ulu Öndərimiz tərəfindən gələcəyə hesablanaraq atılan addımlar hədər getməyib.
Elchi.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bidirib ki, bu il oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda, müstəqil Azərbaycanın paytaxtında keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir. Tədbirdə 100-dən artıq ölkəni 5000-dən çox iştirakçı təmsil edib ki, bu da Konqresin mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Müstəqil ölkə kimi hələ çox gənc olan Azərbaycan artıq on ildən artıq müddətdir ki, beynəlxalq kosmik ailənin üzvüdür:
“Bu gün kosmik sənayeni inkişaf etdirən Azərbaycanın Yer orbitində ikisi telekommunikasiya məqsədləri, biri isə Yer səthinin müşahidəsi üçün nəzərdə tutulan üç peyki vardır. Həmin peyklər hazırda 45-dən artıq ölkəyə xidmət göstərir. Bu, əlbəttə ki, böyük nailiyyətdir və bu nailiyyətin əsasında Azərbaycan iqtisadiyyatının sürətli inkişafı durur”.
“Konqresin açılış mərasimində çıxış edən Ölkə Prezidenti İlham Əliyev son dərəcə dəqiqliklə vurğuladı ki, bu gün sivil dünyanın fəal üzvünə çevrilmiş Azərbaycanın dövlət siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib. Artıq dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamış Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı da uğurla inkişaf edir. Ölkəmiz iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Bu Azərbaycanın iki sivilizasiyanın, Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu coğrafiyada yerləşməsindən dolayı multikulturalizmin təşviqi sahəsində göstərdiyi səylərin effektivliyini daha da artırır”, – deputat əlavə edib.
K.Qafarov bildirib ki, dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən mühüm tərəfdaş hesab edilir:
“Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın getdikcə artan rolu beynəlxalq münasibətlərdə mühüm əhəmiyyət kəsb edən amildir. Çünki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir və xarici siyasət kursunun müəyyənləşdirilməsi prosesində bu amili nəzərə almamaq mümkün deyil. Bir vacib məqamı da diqqətə almaq lazımdır ki, Azərbaycan etibarlı enerji təchizatçısı kimi çıxış etmək imkanını əldə edə bilmək üçün çox səylər göstərib və bir çox çətin problemləri öz gücünə həll etməli olub. 28 il ərzində Azərbaycan danışıqlar prosesinə sadiq qaldı, münaqişənin dinc yolla həllini tapacağına, torpaqlarımızın qan tökülmədən geri qaytarılacağına inanmağa çalışdı. Lakin danışıqlar bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə 27 il icra olunmadı. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadılar. Nəhayət, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan- özünümüdafiə hüququndan istifadə etdi və öz ərazilərini azad edərək işğala son qoydu. Bir aydan da az müddət əvvəl isə, ölkəmiz öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan dövlətinin gündəliyində duran ən vacib məsələ Cənubi Qafqazda davamlı sülhü bərqərar etməkdən ibarətdir. Regionumuzda sabitliyə, inkişafa nail olmaq istəyən bütün qüvvələr yaranmış yeni fürsətləri əldən qaçırmamalı, onların maksimum reallaşması istiqamətində birgə səy göstərməlidir” .

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABB Nərimanovda yeni filial yaratdı

Next Post

Ukraynaya kömək etmək üçün bu ölkənin resursları məhduddur

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ukraynaya kömək etmək üçün bu ölkənin resursları məhduddur

Ukraynaya kömək etmək üçün bu ölkənin resursları məhduddur

İlon Mask onu Ukraynaya xəyanətdə ittiham edənlərlə belə  zarafat etdi

İlon Mask onu Ukraynaya xəyanətdə ittiham edənlərlə belə zarafat etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.