Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenko ölkədə 26 mindən çox adamın itkin düşmüş kimi axtarıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Timçenko televiziya proqramında etdiyi çıxışında ölkədə itkin düşmüş mülki vətəndaş və əsgərlərin sayı barədə məlumat verib.
Hazırda ölkədə itkin düşən kimi 26 mindən çox adamın axtarıldığını bildirən Timçenko, “Onların 11 mini mülki, təxminən 15 mini isə əsgərdir” dedi.
Timçenko qeyd edib ki, hər bir itkin düşmüş şəxs haqqında məlumatlar qeydə alınır və müvafiq siyahıya əlavə edilir.
Şayəstə Hüseynova




