Keniyada ortaya çıxan müəmmalı xəstəlik 95 şagirdi yeriyə bilməyib. Regional təhsil müdiri maraqlı iddia ilə çıxış edib.
Elchi.az xəbər verir ki, inanılmaz hadisə Keniyada baş verib.
Ölkənin qərbindəki Kakameqa şəhərindəki Eregi Qız Liseyində 95 qız şagird səbəbi hələ bilinməyən müəmmalı xəstəliyə tutulub. Tələbə qız xəstəlik səbəbilə yeriyə bilməyib, qızlardan götürülən qan, sidik və nəcis nümunələri Kisumu və Nayrobidəki laboratoriyalara göndərilib. Nümunələrin nəticələrinin bu həftə açıqlanması gözlənilir.
Təhsil Nazirliyinin yüksək rütbəli əməkdaşı məktəbdə olub və valideynlərə vəziyyətin nəzarətdə olduğunu bildirib. Qurum rəsmisi digər tələbələr üçün dərslərin normal davam edəcəyini bildirib.
Şayəstə Hüseynova




