Bu sualın cavabı ilk dəfə səsvermə yolu ilə vəzifəsindən kənarlaşdırılan parlament sədrini kimin əvəz edəcəyi bəlli deyil. Öz aralarında razılığa gəlməkdə çətinlik çəkən respublikaçılar üçün təəccüblü bir ad gündəmə gəlib. Keçmiş prezident Donald Tramp.
Elchi.az xəbər verir ki, məsələ ilə bağlı sualı cavablandıran Tramp, “Bu məsələ ilə bağlı mənə müraciət edən parlament üzvləri var idi. Əgər onlar bir namizədlə bağlı birləşə bilməsələr, qısa müddət üçün bu vəzifəni tuta bilərəm, uzun müddətə isə bu vəzifəni tutacam” Diqqəti ABŞ prezident seçkilərinə yönəldin”. dedi.
Daha sonra qurduğu sosial media platformasındakı paylaşımında bu iş üçün Cim Cordanı dəstəklədiyini bildirib.
Şayəstə Hüseynova




