“2021-ci ilin dekabrında “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişkilik edəndə, o zaman nəzərdə tutulurdu ki, bir qrup mallar üçün 10 min manata qədər, digər qrup üçün isə 2 min manat nağd yolla alış-veriş olar. O zaman mən çıxış etdim və konstitusiyanın 149-cu maddəsinə istinad elədim ki, normativ hüquqi aktlar ədalətli olmalı və bərabər münasibərə əsaslanmalıdır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili “bundan sonra hörmətli Tahir Mirkşilinin də iştirakı ilə işçi qrupun nümayəndələri dəvət olundu və biz, Tahir müəllimin kabinetində müzakirə apardıq və belə qərar alındı ki, ümumiyyətlə bütün mallar üçün 4 min manatdan artıq olan ödənişlər nağdsız həyata keçirilməlidir”,- deyə əlavə edib: “İndi də yenə də 3.4.11-ci maddə ilə bağlı uyğunlaşma həyata keçiririk. Burada əslində uyğunlaşma hansı formada həyata keçirilməli idi? Burada istisnalar nəzərdə tutulub. Məsələn, avtomobillər üçün. İndi də qızıl məmulatları üçün, yəni qiymətli daş-qaş üçün. Biz deyirik ki, onlar onlar 15 minə qədər nağdsız əməliyyat həyata keçirə bilərlər. O zaman də mən söyləmişdim ki, biri çil-çıraq, biri mebel, biri avtomobil, biri soyuducu satır. Niyə həmin satıcının biri, yaxud bir mağaza 4 min manata qədər nəğd alış-veriş edə bilər, amma başqa biri 15 min, avtomobuillər isə… Elə avtomobil var ki, qiyməti 200-300, hətta 500 min manatdır. Yeri gəlmişkən, mən statistikaya baxdım, təkcə 2022-ci ildə Azərbaycana 443147 avtomobil idxal olunub. Bunların ümumi dəyəri bir milyard 58 milyon dollardan artıq olub. Yəni bu qədər dövriyyəni olduğu bir yerdə biz nağdsiz hesablaşmaları tətbiq etmək istəmirik, burada istisna müəyənləşdiririk. Yaxud qızılla bağlı da bunu demək olar. Ona görə mən, bir daha o məsələyə qayıdıram ki, konstitusiyanın tələblərinə uyğun olaraq, əslində 4 min manatdan yuxarı istənilən satılan daşınar, daşınmaz əmlak nağdsiz formada həyata keçirilməldir. Bu eynilə də mənzil alqı-satqısına da tətbiq olunmalıdır. İndi də bilirik ki, mənzil satılanda mənzil tikənlər böyük məblğədə nağd pul alırlar və ya öz aralarında müqavilə bağlayırlar. Yəni diqqət daha çox iri alış-verişlərə yönəldilməlidir, nəinki mağazalarda baqquş satanlara”.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...




