"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəsmi Bakıdan ATƏT sədrinin bəyanatına kəskin cavab

06 Oktyabr 2023 - 19:00
in MÖVQE

Oktyabrın 6-da ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani tərəfindən verilmiş və Azərbaycana qarşı qərəzli ittihamlarla dolu bəyanatı şiddətlə qınayır və rədd edirik.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazitliyinin (XİN) ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki cari vəziyyətlə bağlı bəyanatına dair şərhində bildirilib.

Qeyd olunub ki, bu bəyanat ATƏT sədrliyinin mandatına, o cümlədən ATƏT Nazirlər Şurasının Porto iclasının 8 nömrəli Qərarına uyğun olaraq, sədrlik fəaliyyətinin ATƏT-in bütün üzv dövlətləri tərəfindən razılaşdırılmış mövqelərə zidd olmamasının təmin edilməsinə dair tapşırığa açıq şəkildə ziddir.

“ATƏT-in Ermənistan tərəfindən bu Təşkilatın prinsip və öhdəliklərinin ciddi şəkildə pozulmasına on illərlə davam edən qəbuledilməz etinasızlığı fonunda, birtərəfli və qərəzli fikirlərə əsaslanan bu mövqe ağlabatan hesab oluna bilməz. ATƏT-in, onun Sədrliyinin və digər strukturlarının bu kimi məqsədlər üçün sui-istifadəsi eyni zamanda bu Təşkilatın hazırda üzləşdiyi problemlərin həlli yollarının tapılması səylərinə xələl gətirir.

ATƏT-ə, uzun illərdir Ermənistanın və bir sıra vasitəçi olmağa cəhd göstərən iştirakçı dövlətlərin destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olan həll yolunun bir parçası olmaq üçün şansının mövcudluğunu xatırlatmaq istərdik.

Azərbaycanın ATƏT-in mövcud öhdəliklərinə uyğun olaraq ardıcıl çağırışlar etməsinə baxmayaraq, onilliklər ərzində bu Təşkilatın ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasını və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmaq hüququnu təmin etmək üçün öz mandatını yerinə yetirməsinə maneə törədilib. Münaqişədən sonrakı bərpa və quruculuq səylərində, o cümlədən minalardan təmizlənmə proseslərində müsbət rol oynamasına dair ATƏT-ə ünvanlanmış çağırışlarımıza da məhəl qoyulmayıb.

ATƏT-in son üç onillikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Ermənistanın Azərbaycan ərazilərini işğalının nəticələrinin aradan qaldırılması üçün yaradılmış strukturlarından səmərəli istifadədə uğursuzluğa düçar olmasını nəzərə alaraq, bu Təşkilatın fəaliyyətdə olan sədrinin müstəqil beynəlxalq müşahidə missiyasına istinadları anlaşılan deyil. Helsinki Yekun Aktında təsbit olunmuş güc tətbiq edilməməsi prinsipi də daxil olmaqla, bütün prinsiplərin birbaşa olaraq Ermənistan tərəfindən pozulduğunu, habelə BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həm diplomatik, həm də hərbi baxımdan öz ərazilərinin işğalına son qoymağın hər zaman Azərbaycanın legitim hüququ olduğunu da bir daha xatırlatmaq istərdik.

Bundan əlavə, milli azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının qorunması ilə bağlı istənilən mexanizmin, bu şəxslərdən dövlətlərin suverenliyi və ərazi bütövlüyünü pozmaq üçün alət kimi istifadəsini qadağan etdiyini də xatırlatmaq istərdik. Bu baxımdan, biz bütün tərəfləri bu öhdəliyə ciddi riayət etməyə və Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərindən çəkinməyə çağırırıq. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, regionda sülh və Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyasına nail olmaq əzmində olduğunu bir daha təsdiqləyir”, – XİN-dən bildirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Paşinyandan Lukaşenkoya inanılmaz zərbə

Next Post

MN: Hərbçimiz qəzada həlak oldu

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
MN: Hərbçimiz qəzada həlak oldu

MN: Hərbçimiz qəzada həlak oldu

DİN-lə bağlı bu dəyişikliklər təsdiqləndi

DİN-lə bağlı bu dəyişikliklər təsdiqləndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.