ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Çin sədri Si Cinpinlə görüş ehtimalını təsdiqləsə də, hələlik dəqiq bir razılaşmanın olmadığını qeyd edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Hələlik belə bir görüş təyin olunmayıb, lakin bir ehtimal var”, – Amerika lideri bildirib.
Daha əvvəl məlum olub ki, Amerika rəsmiləri ABŞ və Çin liderləri arasında noyabrda San-Fransiskoda baş tuta biləcək görüş üçün planlaşdırma prosesinə başlayır. Lakin bu görüş hələ rəsmi olaraq elan edilməyib.
Havar Şəfiyeva





