Avropa Auditorlar Məhkəməsi ABŞ ölkələrinə Ukraynaya yardım ayırarkən diqqətli olmaları barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazır.
Auditorlar Məhkəməsi xatırladıb ki, son vaxtlar Avropa Birliyinin borcu əhəmiyyətli dərəcədə artıb – 2022-ci ildə bu, 344,3 milyard avro təşkil edib. Bundan əlavə, Ukraynaya müntəzəm hərbi yardım sayəsində keçən il Aİ büdcəsinə təsir iki dəfədən çox artıb.
“Beş il ərzində Ukraynaya 50 milyard avro vəd etmək, əlbəttə ki, yaxşıdır. Amma hələ də pul tapmaq lazımdır və biz əmin olmalıyıq ki, Avropa büdcəsi, deməli, üzv dövlətlərin maliyyəsi Ukraynaya verilən müxtəlif kreditlərə tab gətirə bilsin”, – mənbə bildirib.
Nuranə Məmmədova




