Meksikanın cənubunda miqrantları daşıyan avtobusun aşması nəticəsində 18 miqrant ölüb, 37 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Oaxaca Baş Prokurorluğundan verilən açıqlamada, Oaxaca-Kuaknopalan avtomobil yolunun 88-ci kilometrliyində immiqrantları daşıyan avtobusun aşıb olduğu bildirilib.
Qəzada 3-ü uşaq olmaqla 18 nəfər ölüb, 37 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürmə briqadalarının göndərildiyi, yaralıların xəstəxanalara aparıldığı bildirilib.
Oaxaca Dövlət Mülki Müdafiə Koordinasiyası ölənlərin əksəriyyətinin Venesuelalı mühacirlər olduğunu açıqlayıb.
Oaxaca qubernatoru Salomon Jara verdiyi açıqlamada qəzadan “dərin kədərləndiklərini” və yaralılara tibbi dəstək verəcəklərini bildirib.
Nuranə Məmmədova





