“Mançester Siti”nin sahibi Şeyx Mənsur Rusiya ilə mümkün əlaqələrə görə istintaqa cəlb edilib.
Elchi.az bu barədə Sport.es-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, funksioner rusiyalı sahibkarlara İngiltərədən Birləşmiş Ərəb Əmirliklərinə pul köçürməkdə kömək etməkdə şübhəli bilinir. Sübut olunarsa, Mansur klubu itirə bilər, çünki İngiltərə Premyer Liqasının qaydalarına görə, sahibləri insan hüquqlarını pozduqlarına və cinayətlərdə iştirak etdiklərinə görə rəhbərlikdən uzaqlaşdırıla bilərlər. Qeyd olunur ki , bu məsələ artıq Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tərəfindən nəzarətə götürülüb.
Şeyx Mənsur 2008-ci ildən “Mançester Siti”nin sahibidir. O, həm də BƏƏ-nin vitse-prezidentidir.
28 fevral 2022-ci il tarixində Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya milli komandalarını və klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Komandalar Avropa yarışlarında mübarizə aparmırlar və Rusiya millisi 2022-ci il dünya çempionatının final hissəsinə vəsiqə uğrunda mübarizə aparmaq imkanını itirib.
Nuranə Məmmədova





