"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ermənistanın itirdiyi yalnız bu olmamalıdır”

07 Oktyabr 2023 - 13:37
in Cebhe-banner, MANŞET

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistanla sülh sazişi imzalasa da, həmin ölkə ilə kommunikasiya xətlərini açmamalı, diplomatik əlaqələr qurmamalı, iqtisadi sahədə əməkdaşlıq etməməlidir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Xəbər verdiyimiz kimi, dünən Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında Azərbaycan və İran hökumətləri arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib.

Elchi.az-ın xəbərinə görə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına açıqlamasında Azərbaycan və İran arasında imzalanmış memorandumu və təməlqoyma mərasimini müsbət qiymətləndirdiyini bildirib.

Qüdrət Həsənquluyev deyib: “90-cı illərin əvvəllərində Ermənistana deyirdik ki, qoşunlarını ərazilərimizdən çıxart, Türkiyəyə çəkilməsi planlaşdırırılan neft və qaz kəmərləri sizin ərazidən keçsin, razılaşmadı. Həmin kəmərlər Gürcüstan üzərindən çəkildi. İndi Ermənistana deyirik Zəngəzur dəhlizinin açılmasına dair üzərinə götürdüyün öhdəliyi yerinə yetir, imtina edir. Bu dəfə yollar İran üzərindən çəkiləcək. Amma Ermənistanın itirdiyi yalnız bu olmamalıdır. Azərbaycan Ermənistanla sülh sazişi imzalasa da, həmin ölkə ilə kommunikasiya xətlərini açmamalı, diplomatik əlaqələr qurmamalı, iqtisadi sahədə əməkdaşlıq etməməlidir. Ermənistan Türkiyənin Xəzər hövzəsinə çıxışına mane olmaq istədiyi üçün eyni addımları Türkiyə də atmalıdır. Bu ölkə regionun “izqoy” – birgəyaşayışdan imtina olunmuş, qovulmuş, “apandisit” ölkəsi kimi qalmalıdır.

İranla imzalanmış sazişi müsbət qiymətləndirirəm. Alternativ yollar nə qədər çox olsa bir o qədər yaxşıdır. Yollar inkişafa, dostluğa xidmət edir. Azərbaycan həmişə qonşuları ilə yaxşı münasibətlərin, əməkdaşlığın tərəfdarı olub, o cümlədən İranla. Amma çox təəssüf ki, onlar bizə qarşı çox yumşaq desək, heç də həmişə dostluq və yaxın qonşuluq siyasəti yürütməyiblər. O cümlədən Zəngəzur dəhlizi məsələsində. İran bizimlə səmimi dostluq, əməkdaşlıq etmək istəyirsə Cənublu soydaşlarımızın milli haqlarına sayğı ilə yanaşmalı, Azərbaycanın daxilində pozuculuq fəaliyyətinə son qoymalı, daxili işlərimizə qarışmamalı, Ermənistana xoş gəlmək üçün Azərbaycanı işğala hazırlaşmaqla bağlı sərsəm iddialarla şərləməməlidir. İranda anlamalıdırlar ki, bizim üçüncü dövlətlərlə əməkdaşlığımız onlara qarşı yönəlməyib, Azərbaycan öz ərazisindən İrana qarşı istifadəyə heç vaxt yol verməyəcək. Ən azı ona görə ki, İran azərbaycanlıların da yaşadığı ölkədir, qonşumuzdur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Netanyahu: Müharibədəyik və qalib gələcəyik

Next Post

NATO-dan Kosovo ilə bağlı bəyanat: Biz hazırıq

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
NATO-dan Kosovo ilə bağlı bəyanat: Biz hazırıq

NATO-dan Kosovo ilə bağlı bəyanat: Biz hazırıq

Natiq Qasımovla bağlı rəsmi məlumat yayıldı

Natiq Qasımovla bağlı rəsmi məlumat yayıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.