HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb. Fələstinli qruplar çox sayda İsrail əsgərini və bəzi mülki vətəndaşları əsir götürərək blokada altındakı Qəzza zolağına aparıblar. İsrail döyüş təyyarələri blokadada olan Qəzza zolağının müxtəlif hissələrini bombalayıb.
Elchi.az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı” əməliyyatı üçün düyməni basıb.
Mühasirəyə alınmış Qəzza zolağından İsrailə raket və minaatanlardan atəş açılıb. Atılan raketlər Askalan şəhəri başda olmaqla bir çox rayonları vurub, tüstü və siren səsləri yüksəlib.
Qəzzadan atılan raketlərin bir hissəsi Təl-Əvivə də düşüb.
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 20-si uşaq olmaqla 265 nəfərin həyatını itirdiyi, 121-i uşaq olmaqla 1788 nəfərin yaralandığı bildirilib.
Yaralanan israillilərin sayı 1864-ə yüksəldi
İsrail Səhiyyə Nazirliyindən verilən açıqlamada blokada altındakı Qəzza zolağından həyata keçirilən hücumlarda yaralanan israillilərin sayının 1864-ə yüksəldiyi bildirilib.
Açıqlamada yaralılardan 345-nin vəziyyətinin ağır olduğu bildirilib.
İsrail Qəzza zolağının sərhədindən israilliləri təxliyə edir
İsrail ordusu yazılı açıqlamada Qəzza zolağı sərhədindəki yəhudi yaşayış məntəqələrindən israilliləri təxliyə etməyə başladığını və əksər bölgələrdə nəzarətin bərpa olunduğunu açıqlayıb.
“Biz hücuma məruz qalan ərazilərin əksəriyyətinə nəzarəti bərpa edə bildik. Beiri qəsəbəsində toqquşmalar davam edir”, – məlumatda deyilir. bəyanatlar daxil edilmişdir.”
Nuranə Məmmədova





