Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin məlumatına görə , Lyubertsıda baş verən yanğında nəzarətsiz iki azyaşlı uşaq ölüb.
Elchi.az xəbər verir ki, idarədən verilən məlumata görə, oktyabrın 7-də şənbə günü ana 2019 və 2021-ci il təvəllüdlü övladlarını evdə tək qoyaraq qonşunun evinə gedib. Naməlum səbəbdən evdə tüstü yaranıb. Qadın geri qayıdanda uşaqlar ölmüşdü.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (“Ehtiyatsızlıqdan ölümə səbəb olma”) ilə cinayət işi başlanıb. Hadisənin səbəbləri və şəraiti aydınlaşdırılır.
Nuranə Məmmədova




