"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məmurlara yeni cəza üsulu

11 Fevral 2015 - 16:01
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

memurMilli Məclisin hazırladığı yeni qanun çoxlarını sındıracaq

İndi məmurlardan edilən vətəndaş şikayətlərini araşdırmaq üçün çox vaxt şikayət olunan məmurun üzərinə göndərirlər. Vətəndaş hüququnu pozmuş məmur isə məsələni “araşdıraraq” özünün ayadan arı, sudan duru olduğunu “isbatlayır”.

ANS PRESS əməkdaşına Şəmkirdən bu yaxınlarda müraciət edən vətəndaşın da şikayəti bununla bağlı olub. Dövlət qurumlarından birində işləyən idarəyə başqa rayondan yeni rəhbər təyin olunub və o da hədə-qorxu ilə işçilərin hamısından işdən çıxmaq üçün ərizə alıb. Yeni olduğuna görə rayonu heç tanımayan rəhbər “xoşuna gələn” işçiləri geri qaytarıb, amma bir neçə işçi göyərtədən kənara atılıb. Gec də olsa ayılan işçilər Bakıya şikayət ediblər, onların məsələsini yoxlamaq elə onları işdən ellikcə çıxaran yeni rəhbərə tapşırılıb. O isə Bakıya “öz ərizələri ilə işdən gediblər” cavabını verib. Yəni məmur özbaşınalığının qurbanı olmuş dövlət qulluqçularının haqqı tapdanmış qalıb, hüquqları təmin edilməyib.

Milli Məclisin İnsan hüquqları komitəsində hazırlanmış yeni “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanun layihəsi qəbul edildikdən sonra bu cür özbaşınalıqların səviyyəsinin xeyli azalacağı güman edilir. Qanun layihəsinin işlənməsində iştirak etmiş millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafanın dediyinə görə, yeni qanun layihəsi bu cür halların qarşısını alacaq. “Yəni hansısa məmurdan edilmiş şikayəti yoxlamaq üçün onun özünə göndərilməsi yasaq edilir”,- deyə Fazil Mustafa ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, yeni qanunda həm də korrupsiya ilə bağlı edilmiş şikayətlərin dərhal baxılması nəzərədə tutulur. Bundan əvvəlki qanunda isə araşdırma tələb edən şikayətlərə 1 ay ərzində, araşdırma tələb etməyən şikayətlərə isə 15 gün ərzində baxılması nəzərdə tutulurdu. Fazil Mustafanın sözlərinə görə, yeni qanun layihəsində həm də elektron müraciətlər, mobil telefonla gönldərilən ismarışlar barədə də müddəalar yer alıb. Həmçinin yeni qanun layihəsində terminlərin izahı nəzərdə tutulur. Məsələn, elektron müraciət, yazılı müraciət və s. kimi ifadələr populyar dillə izah edilir.

Qanun layihəsi parlamentin İnsan haqları komitəsinə ölkə başçısı tərəfindən göndərilib və 1997-ci ildə qəbul edilmiş eyni adlı qanunun əvəzlənməsini nəzərdə tutur. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, sabiq millət vəkili Əlimməd Nuriyev mövcud “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunun yenisi ilə əvəzlənməsini çox vacib sayır. “Əvvəla qanunun hazırkı variantın çox köhnəlib. İndiki qanun 1997-ci ildə qəbul edilib. Köhnə qanunda müraciətlərin kollektiv qaydada, elektron qaydada təqdim edilməsi nəzərdə tutulmur. Həmçinin müraciətlərə vaxtında baxılmaması, yaxud heç baxılmamasına görə cəzanı müəyyən edən müddəa yoxdur. Həm də qanundakı normalar təminatlı normalar deyil, hüquq verilib, amma hüququn təmin edilməsinin mexanizmi yoxdur. Həm də elektron hökumətə keçilməsi ilə bağlı müraciətlərə bacxılmasının konsepsiyası dəyişdirilməlidir. Bəzi dövlət saytlarında elektron müraciətlərlə bağlı forma müəyyən edilsə də, əksər dövlət qurumlarının saytında belə imkanlar yoxdur. Bu cür addımlar inzibati üsullarla tənzimlənsə də, qanunverici əsası yoxdur”,- deyə Əliməmməd Nuriyev ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, yeni qanunun qəbul edilməsində parlament bü cür məsələləri nəzərə almalıdır.

ANS PRESS-in əldə etdiyi məlumata görə, qüvvədə olan qanunda olduğu kimi yeni qanun layihəsində də vətəndaşların anonim müraciətlərinə baxılması nəzərdə tutulmayıb. Əslində, qanun layihəsinə bu müddəanın əlavə edilməsi ölkədə korrupsiya səviyyəsinin aşağı salınmasına imkan yaradardı. Dünyanın əksər ölkələrində korrupsiyaya qarşı mübarizədə anonim informasiya ötürülməsindən yararlanırlar.

“Bu, Azərbaycanda da mümkündür. Amma ilk növbədə anonim müraciətlərə baxılmasının elə prosedur qaydası müəyyən edilməlidir ki, bu, dövlət qurumlarının işinə maneçilik törətməsin”,- deyə Fazil Mustafa vurğulayıb.

ANS PRESS

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident qəbul keçirdi

Next Post

ABŞ: “Rusiyanın Ermənistandakı hərbi mövcudluğu bizi narahat etmir…”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

ABŞ: “Rusiyanın Ermənistandakı hərbi mövcudluğu bizi narahat etmir...”

Şahbaz Xuduoğluna ağır itki

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.