Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Vargelij bildirib ki, İsraildəki vəziyyətlə əlaqədar Avropa İttifaqı Fələstinə bütün yardımlarını dayandırır.
Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə o, Tvitterdə yazıb.
Onun sözlərinə görə, çatdırılan yardımın bütün həcmi dayandırılacaq. Bundan əlavə, Avropa Birliyi də Fələstinə kömək etmək üçün bütün layihələrini nəzərdən keçirməyə hazırlaşır.
Nuranə Məmmədova




