“Ermənistanın Azərbaycanı Beynəlxalq müstəvidə məhkəməyə verməsilə bağlı dəfələrlə proseslərin şahidi olmuşuq. Kifayət qədər təsir imkanları olsa da, hər dəfəsində Ermənistanın əsassız iddiaları rədd edilib.
Ermənistan artıq Roma statusunu təsdiqləyib və bu əslində Ermənistanin özünün mövqeyinə qarşı olan bir addımdır.
Çünki Ermənistan bu gün Azərbaycan xalqının qanına əli batmış cinayətkar ünsürləri Robert Köçəryanı, Serj Sarkisyanı, Seyran Ohanyanı, Zori Balayanı və digər cinayətkar ünsürlərin haqsız mövqeyini temizləməlidirlər”.
Bu sözləri Elchi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
O, bildir ki, Ermənistan həmişə qarşı tərəfi, xüsusilə də Azərbaycanı ittiham etməkdə davam edir:
“Biz bunun dəfələrlə şahidi olmuşuq. 2ci Qarabağ müharibəsindən sonra erməni vəhşiliyinin nümunələriylə bağlı mohtəbər sübutlar və dəlillər toplayırıq. 30 ilə yaxın bir müddət ərzində işğal altında olan ərazilərimizdə erməni vəhşiliyinin ekosit, kultrsit, urbisit, genosid və digərlər terror cinayətlərinin törədilməsi, yeraltı və yerüstü sərvətlərimizin talanması, bütün infrastrukturun məhv edilməsi, kominikasiyalarin darmadağın edilməsi və digər cinayətlərin
izlərini açıq şəkildə görməkdəyik. Və bununla bağlı həm Azərbaycanın yerli, həm də beynəlxalq ekspertlər sübutlar toplama mərhələsini həyata keçirirlər.
Ermənistan bunu çox gözəl anlayır və Ermənistanın qarşısını almaq üçün təbii ki qarşılıqlı daha doğrusu Azərbaycanin qabaqlayacaq addımlar atmasına cəhdlər göstərir. Bundan sonra da göstərəcək və Ermənistan bilir ki Azərbaycan, Azərbaycan xalqına və qarşı törədilmiş sülh və insanlıq əleyhinə müharibə cinayətləri və təcavüz və soyqırım cinayətlərini törətmiş fərdləri məsuliyyətə cəlb etməklə paralel olaraq Ermənistan dövlətinin Azərbaycana vurduğu maddi və mənəvi ziyanla bağlı da müraciətlər edəcək”.
X.Bəşirov vurğulayır ki, bu müraciətlərin qarşısını öz ağılları ilə almaq üçün Ermənistanda müraciət edəcək.
“Bizim əlimizdə kifayət qədər mohtəbər sübutlar və dəlillər var
və bundan sonra da olacaq. Amma Ermənistanın əlində sadəcə özlərinin düşüncələrinə hesablanmış, özlərinin təxəyyülünə əsaslanmış ehtimal və fərziyyələr var. Təbii ki beynəlxalq ədalət məhkəməsi haqlı mövqeyi dəstəkləyəcəksə ədalətli qərar qəbul edəcəksə, bu halda kimin qalib gələcəyi şübhə doğurmur”.
Havar Şəfiyeva





