Ukrayna prezidenti Volodimir Zelenski kadr dəyişikliyi edib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Zelenski Hərbi-Texniki Əməkdaşlıq və İxrac Nəzarəti Siyasəti üzrə İdarələrarası Komitənin rəhbərini dəyişib. Ukrayna rəhbərinin saytında dərc olunan sərəncama əsasən, bu vəzifəyə iqtisadiyyat nazirinin müavini İqor Fomenko təyin edilib.
“Ukrayna İqtisadiyyat nazirinin müavini İqor Aleksandroviç Fomenko hərbi-texniki əməkdaşlıq və ixraca nəzarət siyasəti üzrə idarələrarası komissiyanın sədri təyin edilib, A.Polişçuku idarələrarası komissiyanın sədri vəzifəsindən azad edilib”, – deyə sənəddə deyilir.
Bundan əlavə, Ukrayna rəhbəri Fomenkoya iki həftə ərzində bu komissiyanın tərkibinin yenilənməsi üçün tövsiyələr təqdim etməyi tapşırıb.
Yeganə




