Rusiya iqtisadiyyatı, hətta Qərbin sanksiyalarının tətbiqindən il yarım keçsə də, sabitlik nümayiş etdirir.
Elchi.az xəbər verir ki, bu barədə iqtisadi şərhçi Patrisiya Koen The New York Times (NYT) üçün məqaləsində bildirib.
Ekspert Rusiya iqtisadiyyatı üçün artım proqnozlaşdırıb və sanksiyalara baxmayaraq, Moskvanın ÜDM-in artımı baxımından ABŞ və Avropa İttifaqını (Aİ) qabaqlaya biləcəyini vurğulayıb. O, vurğulayıb ki , Rusiya Federasiyası Mərkəzi Bankının proqnozuna əsasən , 2023-cü ildə ölkənin ÜDM-i 2,5 faiz arta bilər.
“İqtisadi mənzərə açıq şəkildə qarışıqdır. Rusiya iqtisadiyyatı bir sıra sərt sanksiyaların tətbiqindən sonra bir çox Qərb hökumətlərinin gözlədiyindən qat-qat dayanıqlı olduğunu sübut etdi”, – Koen bildirib.
Jurnalist əlavə edib ki, Moskva yeni enerji alıcıları tapmaq yolunu kəşf edib və iqtisadiyyata sürətlə pul yatırmağa başlayıb. Beləliklə, ölkə təkcə hərbi ehtiyaclarını ödəmədi, həm də bir çox vətəndaşı işlə təmin etdi, həftəlik ödənişlərin həcmini artırdı.
Əvvəllər Rusiyaya qarşı sanksiyalar uğursuzluq adlandırılırdı.Bu fikri amerikalı politoloq Con Mirşeymer deyib.
Nuranə Məmmədova






