Fələstinin “Həmas” hərəkatı öz əməliyyatının məqsədlərinə nail olub və hərəkat istənilən müzakirələrə açıqdır. Elchi.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bunu Həmas Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk deyib.
O, İsraildəki əməliyyatın məqsədlərini başa çatmış adlandırıb. Onun sözlərinə görə, hərəkat danışıqlara qapalı deyil.
Qeyd edək ki, bundan əvvəl Fələstinin “HƏMAS” hərəkatının xaricdəki rəhbərliyinin üzvü Əli Barakə bildirib ki, İsraildə əməliyyata hazırlıq bir ildən çox davam edib.
Xatırladaq ki, Oktyabrın 7-də səhər saatlarında İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrailə raket zərbələri endirib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.
Havar Şəfiyeva




