Fələstin prezidenti Mahmud Abbas Təl-Əvivin hərəkətlərini təcavüz adlandıraraq, İsrailə qarşı mübarizədə BMT-dən kömək istəyib. Elchi.az xəbər verir ki, bu barədə “The Hill” Fələstin mətbuatına istinadən məlumat yayıb.
BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı Abbas təşkilatı beynəlxalq legitimlik tərəfindən tanınan öhdəliklərini yerinə yetirməyə və Fələstin xalqına beynəlxalq müdafiəni təmin etməyə çağırıb.
Bildirilir ki, siyasətçi bu cür bəyanatları İsrailin Qəzza zolağının blokadasına başlamasına cavab olaraq verib.
Bundan əvvəl İsrail ordusunun sözçüsü Conatan Konrikus bildirib ki, İsrail Müdafiə Qüvvələrinin əməliyyatının əsas məqsədi silahlı münaqişənin sonuna kimi “HƏMAS”-ın hərbi imkanlardan məhrum olmasını təmin etməkdir.
O, həmçinin əlavə edib ki, İsrail qüvvələrini cənub sərhədində cəmləşdirir və döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlaşır.
Havar Şəfiyeva




