İsrail ordusu Fələstinin Həmas qruplaşmasına qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib.
Elchi.az xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi Telegram kanalında məlumat verib.
— İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının hədəflərinə qarşı genişmiqyaslı əməliyyata başlayır. İsrail ordusunun mətbuat xidmətindən verilən açıqlamada əlavə təfərrüatlar veriləcək.
Departament qeyd edib ki, son vaxtlar İsrail qırıcıları artıq Qəzza zolağında HƏMAS-ın bir neçə hədəfinə hücum edib, o cümlədən hədəflərdən biri silah anbarı və Cəbəliyyədə yerləşən əməliyyat məntəqəsidir.
Nuranə Məmmədova




