"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Metroda ilk kitab evi açıldı: Qəzet satışı ilə bağlı məsələ qeyri-müəyyən qalır – FOTOLAR

11 Fevral 2015 - 21:30
in XƏBƏR LENTİ
Metroda ilk kitab evi açıldı: Qəzet satışı ilə bağlı məsələ qeyri-müəyyən qalır - FOTOLAR

Bakı Metropoliteninin stansiyalarında ticarət köşkləri bərpa olunur. Artıq “Koroğlu” stansiyasında iki ticarət köşkü açılıb və istifadəyə verilib.
Onlardan biri yeraltı keçiddə gül dükanı, digəri isə metronun çıxış hissəsində kitab mağazası olaraq, fəaliyyətə başlayıb.
Artıq bu məsələ rəsmi şəkildə də təsdiqlənib. Bir müddət əvvəl “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bu haqda musavat.com-a açıqlama vermişdi.
O, bildirmişdi ki, bir neçə metro stansiyasında məhdud sayda ticarət obyektinin açılması nəzərdə tutulur: “Hazırda “Koroğlu” və eləcə də digər stansiyalarda bir neçə ticarət obyektinin fəaliyyət göstərməsinə icazə verilib. Lakin bu ticarət obyektlərində ancaq gül, kitab satılması və ya aptekin fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd bu obyektlərin heç bir şəkildə sərnişinlərin təhlükəsizliyinə və hərəkətinə mane yaratmamasıdır. Biz sərnişindaşıma işini icra edirik”.
“Koroğlu” metrosunun piramida çıxışında olan və ticarət məqsədi ilə tikilən obyekt artıq kitab evi kimi xidmət göstərir. Bu ticarət obyekti “Bakı Metropoliteni” QSC yaradılmamışdan əvvəl “Bakcell”in müştəri xidmətlərinin ofisi kimi fəaliyyət göstərirdi.
Məsələ ilə bağlı adıçəkilən “Koroğlu” stansiyasında olduq. Metronun yeraltı keçid hissəsində yeni tikilən ticarət köşkü artıq fəaliyyətə başlayıb. Bu ticarət köşkü gül dükanı olaraq, fəaliyyət göstərir. Dükanda müxtəlif növ təbii güllərdən əlavə, suvenirlər də satılır.
Kitab evi kimi fəaliyyət göstərən obyektdə də olduq. Tanınmış kitab evi olan “Ali və Nino”nun buradakı filialı 1 həftədir ki, fəaliyyət göstərir.
Satıcılardan aldığımız məlumatlara görə, kitab mağazasının fəaliyyətə başlaması cəmisi bir həftə olsa da, kitabsevərlər buraya tez-tez baş çəkirlər: “Cəmisi 1 həftədir ki, işə başlamışıq. Amma alıcı problemimiz yoxdur. Mağazanın metronun çıxışında olması, bu cəhətdən çox yaxşıdır. Həm də “Ali və Nino” kitab evi, artıq yetərincə tanınır”.
“Bakı Metropoliteni” QSC-dən mətbuata verilən açıqlamada qeyd edilirdi ki, köşklərin fəaliyyəti aşağıdakı istiqamətlərdə olacaq:
– Apteklər şəbəkəsi;
– Su, qəhvə satışı və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatlar;
– Kitab ticarəti şəbəkəsi;
– Gül salonları şəbəkəsi.
Və bundan əlavə olaraq deyilirdi ki, ticarət obyektləri özünü alıcılar arasında yetərincə isbat etmiş firma və şirkətlərə icarəyə veriləcək. Kitab satışı artıq “Ali və Nino” kitab evinə həvalə edilib.
Mətbuat orqanları, oxucular və bizim üçün də metroda ticarətin bərpa edilməsi yalnız bir halda sevindirici ola bilər. O da qəzet və jurnal satışının yenidən bərpa edilməsidir.
Bəzi iddialara görə, metro keçidlərində kitab satışı ilə məşğul olacaq sahibkarlara, həm də qəzet satışına icazə veriləcək. Kitab evinin satıcıları ilə bu haqda da danışdıq.
Qəzet satışı ilə bağlı verdiyimiz suala cavab olaraq, bildirdilər ki, qəzet satışı haqqında onlarda heç bir məlumat yoxdur: “Biz qəzet satışı ilə məşğul deyilik. Və bu haqda bir məlumatımız yoxdur. Böyük ehtimalla belə bir şey olmayacaq”.
Eyni sualı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevə vermişdik. N.Paşayev də dəqiq bir cavab verməyərək, sualdan yayınmışdı: “Hələ dəqiq heç nə yoxdur. Ticarət obyektlərinin yenidən fəaliyyətə başlaması haqqında dəqiq bir qərar verildikdən sonra kitab satılan yerlərdə qəzet və jurnalların satışına icazə verilib-verilməməsi barəsində danışmaq olar. Hələ bunu müəyyən etmək çox çətindir”.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov deyir ki, əgər metroda qəzet satışına icazə verməsələr, qəzetlərin vəziyyəti ağır olacaq: “Metrolar bizim üçün ən strateji yerlərdən idi. Çünki hava şəraitindən asılı olmayaraq, metroda hərəkət edən oxucular istədikləri vaxt giriş-çıxışda qəzet alıb, ya evə aparırdılar, ya da elə metroda oxuyurdular. Metroda ticarətin, qəzet yayımının yığışdırılması mətbuata böyük zərbə oldu. Əgər metroda qəzet satışına icazə verməsələr, qəzetlər məhv olacaq. Düşünürəm ki, kiməsə bağlı olmayan və ya haradansa maliyyələşməyən qəzetlər sıradan çıxacaq. Hazırkı vəziyyət elədir ki, qəzet haradansa maliyyələşmirsə, öz satışı hesabına özünü dolandırmaq və davamiyyətini saxlamaq iqtidarında deyil. Odur ki, biz bu addımı təqdir edirik ki, metroda ticarət bərpa olunur. Ən vacibi isə qəzetlərin burada satışıdır ki, biz bunu gözləyirik və baş verərsə, alqışlayarıq”.
Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.


















Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xudu Məmmədovun adını əbədiləşdirən əsər-VIDEO

Next Post

“Rusiyanı bir güllə atmadan durdurmaq olar” – “The Wall Street Journal”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Rusiyanı bir güllə atmadan durdurmaq olar” - “The Wall Street Journal”

Hökumətin dövlət büdcəsi ilə bağlı tərəddüdləri...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.