Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı rumıniyalı həmkarı ilə regional təhlükəsizlik və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə etmək üçün görüşüb.
Elchi.az bu barədə Apnews.com-a istinadən xəbər verir.
Rumıniyanın paytaxtı Buxarestdə ölkə prezidenti Klaus İohannis ilə görüşdən sonra Zelenski X sosial şəbəkəsinin mikrobloqunda iki ölkə arasındakı tərəfdaşlığı Avropada və ondan kənarda sabitliyin açarı adlandırıb.
Görüşdən sonra Zelenski jurnalistlərə Qara dəniz regionunun təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, müştərək infrastruktur layihələri və Ukraynaya hərbi dəstək tələbləri barədə danışıb. O, həmçinin Rumıniyaya ölkəsinə hərbi və humanitar yardım göstərdiyinə görə təşəkkür edib.
Çərşənbə axşamı günü Ukrayna prezidenti Rumıniyanı ən qaranlıq günümüzdə köməyimizə gələn və zaman keçdikcə dəstəyi daha da güclənən dost adlandırıb.
Yeganə





