Avropanın daxili bazar komissarı Terri Breton milyarder İlon Maska Fələstinin HƏMAS qruplaşmasının İsrailə qəfil hücumundan sonra X sosial şəbəkəsində dezinformasiyanın yayılması barədə danışaraq, onlayn məzmunla bağlı Avropa İttifaqının (Aİ) yeni qaydalarına əməl etmək üçün Maskı əks tədbirlər görməyə çağırıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Breton çərşənbə axşamı bildirib ki, əvvəllər “Twitter” kimi tanınan X-in Avropa Birliyində qeyri-qanuni məzmun və dezinformasiya yaymaq üçün istifadə edildiyinə dair əlamətlər var.
“Ona görə də, mən sizi təcili olaraq sistemlərinizin effektivliyini nəzərdən keçirməyə və görülən antiböhran tədbirləri barədə komandama hesabat verməyə çağırıram”, – deyə Breton oktyabrın 10-da bildirib.
Yeganə






