Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Moskva ilə münasibətlərdə heç nəyi dəyişməyib. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“Rusiya ilə münasibətlərimizdə heç nəyi ləğv etməmişik və heç bir yerdən geri çəkilməmişik” – deyə siyasətçi vurğulayıb. Baş nazir aydınlaşdırıb ki, Ermənistan heç nəyi dəyişmir və öhdəliklərini yerinə yetirməkdən imtina etmir.
Bundan əlavə, Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir və Avropa İttifaqı ilə münasibətlərini 2018-ci ildən əvvəl imzalanmış saziş əsasında qurur.
Qeyd edək ki, Oktyabrın 7-də Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub və ermənilərin Dağlıq Qarabağı tərk etməsindən sonrakı vəziyyəti müzakirə ediblər.
Havar Şəfiyeva





