ABŞ administrasiyası Rusiya ilə vuruşan Ukraynaya 200 milyon dollarlıq əlavə hərbi dəstək verəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi Ukrayna Müdafiə Təmas Qrupu NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində 16-cı dəfə görüşüb.
Ukrayna prezidenti Vladimir Zelenski də ilk dəfə iclasda iştirak edib.
İclasın açılışında çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ordusunun təcili hava hücumundan müdafiə və sursat ehtiyaclarını qarşılamaq üçün çalışdıqlarını bildirib.
Ostin, ABŞ rəhbərliyi olaraq son dəstək paketini açıqladı və 200 milyon dollarlıq hərbi ləvazimat paketini ehtiva etdiyini, son paketlə isə ABŞ-ın ümumi yardımının 43,9 milyard dollara çatdığını bildirdi.
Ostinin açıqladığı paketə ABŞ-ın yaxın vaxtlarda Ukraynaya verəcəyi AIM-9 hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı, artilleriya və raket sursatları, dəqiq raket sistemlərinin sursatları, tank silahları və Rusiyanın pilotsuz uçuş aparatlarını vura biləcək materiallar daxildir.
Şayəstə Hüseynova




