Qəzza şəhərində fəaliyyət göstərən yeganə elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb. Elchi.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Həmas nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İsrail tərəfindən blokadaya başlayandan sonra stansiyada daxili təcili yanacaq ehtiyatı tükəndiyi üçün fəaliyyətini dayandırıb.
Bundan əvvəl Fələstin Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 22 639 yaşayış binasının, 10 tibb müəssisəsinin və 48 məktəbin dağıdıldığını bildirib.
Havar Şəfiyeva






