“Qələbəmizin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi üçün qanun qəbul etməyi təklif edirəm”.
Elchi.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında deyib.
O bildirib ki, həmin qanunda Xankəndidə İlham Əliyevin adını daşıyan möhtəşəm məscidin, Qarabağda isə adını daşıyan yeni şəhərin salınması nəzərdə tutula bilər.




