Almaniya kansleri Olaf Şolz deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Tani İsrail və HƏMAS arasında vasitəçilik və gərginliyin azaldılmasında mühüm rol oynaya bilərlər.
Elchi.az xəbər verir ki, Scholz Bundestaqda İsrail və Fələstin arasındakı münaqişələrlə bağlı çıxış edib.
Bölgədəki hər kəsi İsrailə qarşı daha da düşməncəsinə hərəkətlərdən çəkinməyə çağıran Scholz, “Bizim mesajımız aydındır, İsrailə hücum etmək bağışlanmaz bir səhv olardı” dedi.
Qəzza ilə də əlaqə kanalları olan Misir prezidenti əs-Sisi ilə yaxın təmasda olduğunu və bu gün Türkiyə prezidenti Ərdoğanla görüşəcəyini, həmçinin səfərdə olan Qətər əmirini (Berlində) qəbul edəcəyini qeyd edib. Ölkəsində əhəmiyyətli bir vasitəçi rolu olduğunu və bundan istifadə etdiyini ifadə edən Scholz, “Hər üçü də mövcud vəziyyətə vasitəçilik və gərginliyin azaldılmasında əhəmiyyətli rol oynaya bilər.” dedi.
Bu dramatik vəziyyətdə kömək edə biləcək bütün kanallardan istifadə etməməyin məsuliyyətsizlik olacağını bildirən Scholz, “Biz bunu İsraillə və Həmas tərəfindən qaçırılan insanlar üçün yaxın koordinasiyada edirik” dedi.
Gələn həftə İordaniya kralı ilə görüşəcəyini bildirən Şlolz, HƏMAS-ın İsrailə hücumunun Almaniyanın fələstinlilərlə əməkdaşlığı üçün nəticələrinin olduğunu bildirib.
Şayəstə Hüseynova




