NATO-nun baş katibi Yens Stoltenberq “İsrail tək deyil” deyərək, NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısının ikinci günündə alyansın İsraili dəstəkləyəcəyinə söz verib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
İsrailin müdafiə naziri Yoav Qalant NATO tərəfdaşlarına video zəng vasitəsilə HƏMAS tərəfindən İsrail mülki vətəndaşlarına və bir sıra NATO müttəfiqlərinin vətəndaşlarına qarşı törətdiyi vəhşiliklər haqqında məlumat verib.
Stoltenberq bildirib ki, alyans terror hücumlarını ən qəti şəkildə pisləyib. NATO müttəfiqləri İsraillə həmrəy olduqlarını ifadə edərək, onun özünü bu əsassız terror hücumlarından müdafiə etmək hüququna malik olduğunu açıq şəkildə ifadə etdilər və HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırdılar.
Heç bir xalq və ya təşkilat vəziyyətdən sui-istifadə etməyə və ya vəziyyəti gərginləşdirməyə çalışmamalıdır.
NATO-nun müdafiə nazirləri alyansın Brüsseldəki mənzil-qərargahında bir araya gələrək İsraildəki vəziyyəti, eləcə də Ukraynadakı müharibəni müzakirə edirlər.
Yeganə





