
Bakının mərkəzində tıxac müşahidə olunur.
Virtualaz.org Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, bununla bağlı sürücülərə xəbərdarlıq edilib.
Hazırda paytaxtın Həsən Əliyev küçəsi ( Azadlıq prospekti istiqamətində), Bakıxanov küçəsi ( Rusiya səfirliyini qarşısı), Şah İsmayıl Xətai prospektində (Təhsil Nazirlyinin qarşısı) sıxlıq müşahidə olunmaqdadır.
Bu səbəbdən sürücülərə qeyd olunan ərazidən istifadə etməmək məsləhət olunur.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya yolunda da böyük tıxac yaranıb. Sıxlıq Bakı-Sumqayıt şosesində paytaxt istiqamətinə gələn yolda qeydə alınıb.



