Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən görünməmiş vəhşilik hücumuna məruz qalan İsrailin, şübhəsiz ki, özünümüdafiə hüququ var. Elchi.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin MDB sammiti zamanı belə bir fikirdə çıxış edib.
Rusiya prezidenti bildirib ki, Fələstin-İsrail münaqişəsinin həlli danışıqlardadır, məqsədi paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövlətinin yaradılması olacaq və həmçinin dövlətlərin beynəlxalq konsolidasiyasına çağırıb.
Vladimir Putinin sözlərinə görə, Moskva tezliklə atəşkəs əldə etmək üçün bütün konstruktiv fikirli tərəfdaşlarla koordinasiya etməyə hazırdır.
Havar Şəfiyeva






