İslami Müqavimət Hərəkatı döyüşlər zamanı əsir götürülmüş israillilərin İsrail həbsxanalarında saxlanılan fələstinli qadınlarla dəyişdirilməsini təklif edib. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
HƏMAS-ın qeyd etdiyi kimi, mübadilə üçün təklif olunan fələstinli məhbuslar silahlı deyillər. Nəşrin məlumatına görə, təşkilat ümumilikdə beş mindən çox insanı məcburi atəşkəslə mübadilə etmək təşəbbüsü ilə çıxış edib.
Qeyd edək ki, Həmas daha əvvəl İsraildən iki uşaqlı girovu azad etdiyini açıqlayıb.
Havar Şəfiyeva






