İsrailin baş naziri Benyamin Netanyahunun reytinqi Fələstinin radikal HƏMAS hərəkatının işğalından sonra aşağı düşüb. Sorğuda iştirak edən israillilərin yarıdan çoxu onun istefasını istəyir. Elchi.az xəbər verir ki, bu barədə “Maariv” qəzeti Dialoq İnstitutunun sorğusuna istinadən məlumat yayıb.
“Demək olar ki, bütün ictimaiyyət HƏMAS terrorçularının ölkənin cənubuna girməsi ilə bağlı insidentin dövlət rəhbərliyinin uğursuzluğu olduğuna inanır və ölkənin müdafiə sisteminin dağılmasına səbəb olan vəziyyətə görə hökumətin məsuliyyət daşıdığını iddia edir” – nəşr xəbər verir.
Bundan əlavə, sorğuda iştirak edənlərin yarıdan çoxu, yəni 56 faizi hesab edir ki, Netanyahu döyüşlər bitəndə vəzifəsini tərk etməlidir.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun istefasını istədiyini bəyan edib. Trampın həmçinin Fələstinə yardımın dayandırılmasını tələb etdiyi bildirilir.
Havar Şəfiyeva






