İsrail ilə Qəzza arasında gərginlik 9-cu gündə də davam edir. İsrailin sərhədə 300 min əsgər yerləşdirdiyi Qəzzada quru əməliyyatının hər an başlaması gözlənilir.
Elchi.az xəbər verir ki, İsrail ordusu blokadada olan Qəzza zolağına “koordinasiyalı” hava, dəniz və qurudan hücuma hazırlıqların tamamlanmaq üzrə olduğunu açıqlayıb.
İsrail HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadasının 126 israillini girov saxladığını iddia edib. Pentaqon ABŞ-ın İsrailə qarşı təcavüzkar hərəkətlərinə görə ikinci təyyarədaşıyan gəmisini bölgəyə göndərəcəyini açıqlayıb. Rusiya həmçinin bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Qəzzada fövqəladə humanitar atəşkəslə bağlı səsvermə keçirilməsini təklif edib.
Nuranə Məmmədova




