Onun üzərindən 267650 rub aşkarlanıb
Azərbaycanda saxta pul kəsən Rusiya vətəndaşı tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan
Rusiya Federasiyası vətəndaşı Ələkbər Aslanovdur.
Əməliyyatı Şəmkir RPŞ əməkdaşlarının həyata keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər qəsəbəsinin ərazisində Rusiya Federasiyası vətəndaşı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılıb.
Onun üstünə baxış zamanı 39 ədəd 5000, 25 ədəd 1000 və 10 ədəd 500 rus rublu olan saxta əskinaslar (225000), habelə 1 ədəd 20000, 1 ədəd 10000, 2 ədəd 5000, 2 ədəd 1000, 1 ədəd 500 və 3 ədəd 50 belarus rublu olan saxta əskinaslar (42650) aşkar edilərək götürülüb.
ANS PRESS



