Amerikalı müğənni Madonna Londonda konserti zamanı Ukrayna bayrağı ilə səhnəyə çıxıb.
Elchi.az bu barədə Sky News-a istinadən xəbər verir.
Telekanalın məlumatına görə, müğənni Don’t Cry For Me Argentina mahnısını ifa edərkən özünü Ukrayna bayrağına bürüyüb.
Konsertdə həmçinin Madonna Fələstin-İsrail münaqişəsindən danışıb. “ İsrail və Fələstində baş verənləri seyr edərkən hamımız əziyyət çəkirik . Uşaqların, yeniyetmələrin, qocaların necə əziyyət çəkdiyini görəndə ürəyim parçalanır. “Hamısı ürək ağrıdırş.”
Nuranə Məmmədova






