Xartumdakı Vadi Seydna hərbi bazasında ukraynalı muzdlularla Sudan silahlı qüvvələrinin üzvləri arasında atışma olub. Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Əl-Məşhəd Əl-Yəməni” xəbər portalına istinadən yazır.
KİV-in məlumatına görə, ukraynalılar İsrailin Qəzza zolağına endirdiyi zərbələri dəstəkləyib. Silahlı qarşıdurma nəticəsində azı 17 nəfər həlak olub. Hadisə Sudandakı Vadi Seydna aviabazasında Ukrayna qüvvələrinin olmasını təsdiqləyir. Mohamed Hamdan Daglo komandanlığı altında Çevik Reaksiya Qüvvələri ilə Sudanda nizami ordu arasında döyüşlər yazda başlayıb. Qeyd edək ki, aprelin 15-də BMT-nin təyyarəsi Xartum Beynəlxalq Hava Limanında toqquşma zamanı məhv edilib.
Havar Şəfiyeva






