- ABŞ prezidenti Co Bayden Vaşinqtonun eyni zamanda Ukrayna və İsraili dəstəkləyə biləcəyinə əminliyini ifadə edib. Elchi.az xəbər verir ki, o, “CBS” telekanalına müsahibəsində belə danışıb.
Amerika lideri vurğulayıb ki, ABŞ-ın təkcə öhdəlikləri deyil, həm də bunu etmək imkanı var.
“Allah xatirinə biz ABŞ dünyanın deyil, dünya tarixində ən güclü ölkəyik. Biz hər ikisinin qayğısına qala bilərik və yenə də ümumi beynəlxalq təhlükəsizliyimizi qoruya bilərik” – telekanal onun ifadəsini sitat gətirir.
Qeyd edək ki, Bayden ABŞ-ı da əvəzolunmaz dövlət adlandırıb.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin də analoji fikir bildirib. O, Vaşinqtonun eyni zamanda Kiyev və Qüdsə hərbi yardım göstərə biləcəyini təsdiqləyib.
Havar Şəfiyeva






