ABŞ-ın Çikaqo şəhərində bir şəxs 6 yaşlı uşağı öldürüb, anasını isə yaralayıb. Hücumun uşaq və anasının müsəlman kimliyi və İsrailin Fələstində törətdiyi zorakılıq səbəbiylə həyata keçirildiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Will County Şerif Ofisindən verilən açıqlamada, 71 yaşlı “Joseph Czuba”nın motivasiyasının “uşağın və anasının müsəlman kimliyi və İsrail-Fələstin münaqişəsi” olduğu iddia edilib.
Bildirilib ki, ev sahibinin ona bıçaqla hücum etdiyini deyən qadının zəngi üzərinə polis hərəkətə keçib və hadisə yerinə gələndə “Joseph Czuba”nı evin qarşısında oturmuş vəziyyətdə görüblər.
Qeyd olunub ki, daha sonra evə daxil olan polis əməkdaşları 32 yaşlı qadını və onun 6 yaşlı uşağını ağır bıçaq xəsarətləri ilə aşkar ediblər.
26 bıçaq zərbəsi alan uşağın vəziyyətinin ağır olduğu, xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdiyi, xəstəxanaya yerləşdirilən anasının vəziyyətinin ağır olduğu açıqlanıb.
Səlahiyyətlilər, “hücumla bağlı açıqlama verməyən “Czuba”nın İsrail-Fələstin münaqişəsinin təsiri altında uşağı müsəlman olduğu üçün öldürdüyü müəyyən edilib” xəbərini verib.
“Joseph Czuba” birinci dərəcəli qətl, birinci dərəcəli adam öldürməyə cəhd, iki nifrət cinayəti və ölümcül silahla ağırlaşdırılmış batareya ilə ittiham olunur.
Nuranə Məmmədova






