"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-ın yeni səfiri Bakıya gəldi və azərbaycanca danışdı

13 Fevral 2015 - 04:27
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ-ın yeni səfiri Bakıya gəldi və azərbaycanca danışdıABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Cekuta bu gün axşam saatlarında Bakıya gəlib.

“Mən Bakıya gəlməyimə, bu gün Bakıda olmağıma çox şadam. Tezliklә hәyat yoldaşım Ann xanım da Bakıya gәlәcәk. Biz Azәrbaycanda keçirәcәyimiz vaxtı sәbirsizliklә gözlәyirik” – bunu hava limanında jurnalistlәrә açıqlamasında Robert Sekuta deyib.

O, xüsusilә Azәrbaycan prezidenti İlham Әliyevә etimadnamәsini tәqdim etmәyi sәbirsizliklә gözlәdiyini deyib: “Prezident İlham Әliyev etimadnamәmi qәbul etdikdәn sonra ölkә boyu Azәrbaycan xalqı ilә görüşmәk istәyirәm. Xalqın fikirlәrini eşitmәk, iki ölkә arasında nәlәrin vacib olduğu haqda onların düşüncәlәrini bilmәk istәyirәm. Ölkәlәrimizi daha çox cәlb edәcәk fәaliyyәtlәr barәsindә dә onların fikrini öyrәnmәk istәyirәm. Әminәm ki, belә görüşlәr әsnasında ölkәlәrimiz arasında anlaşma vә qarşılıqlı hörmәti güclәndirib daha möhkәm әlaqәlәr qura bilәrik”.

Sekuta hava limanında jurnalistlәrin onu qarşıladığı üçün tәşәkkür edib vә prezidentә etimadnamәsini tәqdim etdikdәn sonra yenә danışmaq imkanı olacağını qeyd edib. Xatırladaq ki, yeni sәfir jurnalistlәrә açıqlamasını Azәrbaycan dilindә edib (APA).

Xatırladaq ki, R.Sekuta bu posta ötən il dekabrın 16-da təyin edilib.

R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və Biznes Məsələləri Bürosunda dövlət katibi köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

Almaniyada iqtisadi müşavir-səfir kimi R.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Daha əvvəl R.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.

R.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yunanıstan yığması erməniyə tapşırıldı

Next Post

Bərdə İcra Başçısının Ziya Məmmədova kələyi…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Bərdə İcra Başçısının Ziya Məmmədova kələyi…

Daha bir dövlət qurumu ilə bağlı xəbər yayıldı — Natiq Əliyevin də nazirliyi də ləğv edilir

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.