"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Sizin şefiniz Azərbaycan hökuməti deyil”

30 İyul 2014 - 08:17
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ABŞ səfiri ATƏT-in Azərbaycan koordinatorunu danladıimg1610698

ABŞ Azərbaycan hökumətini ATƏT layihələri koordinatorunun işinin bütün istiqamətlərdə asanlaşdırılmasına çağırır. Bu fikir ötən həftə Vyanada ATƏT-in Daimi Şurasının iclasında səslənib.
Bakıda ATƏT layihələrinin koordinatoruna isə “vətəndaş cəmiyyəti ilə dialoqun dəstəklənməsi üçün səylərin ikiqat artırılması, qanunun aliliyinə, demokratik seçkilərə, əsas insan hüquq və azadlıqlarına hörmətlə yanaşılmasına riayət edilməsi” tövsiyə olunur.
Bu barədə “Turan”ın Vaşinqton müxbiri diplomatik mənbələrə istinadən bildirib.
ABŞ-ın mövqeyini Vaşinqtonun ATƏT-dəki nümayəndəsi səfir Daniel Baer açıqlayıb. Ondan əvvəl ATƏT-in Bakıdakı layihələrinin koordinatoru Aleksis Şahtaxtinski məruzə ilə çıxış edib.
Baer Şahtaxtinskini Azərbaycanda vətəndaş cəmiyyəti ilə əlaqələr qurmaq üçün real səylər göstərməyə çağırıb: “Mən sizin iki fotonuzu gördüm, biri prezident Əliyevlə, digəri xarici işlər naziri ilə. Lakin vətəndaş cəmiyyəti ilə fotonuzu görmədim. Sadəcə, sizə xatrlatmaq istərdim ki, sizin çalışdığınız ölkələrin hökumətləri ilə məsləhətləşmələriniz sözsüz ki, işinizin mühüm hissəsidir. Ancaq siz bizim hamımız üçün işləyirsiniz və siz bu qurumun əsasını təşkil edən prinsiplər üzrə çalışırsınız. Sizin şefiniz Azərbaycan hökuməti deyil.
Azərbaycan beynəlxalq arenada öz üzərinə böyük məsuliyyət götürməyə can atır. ABŞ ATƏT-in vasitəsilə insan hüquq və azadlıqlarının müdafiəsi, ölkədə demokratiyanın inkişafı məqsədilə Bakı ilə əməkdaşlığa sadiqdir”.
Baer xatırladıb ki, ATƏT layihələrinin koordinatoru ATƏT prinsiplərinin dəstəklənməsi üçün Azərbaycan xalqı və hökuməti ilə iş üzrə xüsusi məsuliyyət daşıyır. Bu, ilk növbədə insan hüquq və azadlıqlarına, vətəndaş cəmiyyəti ilə güclü əlaqələrin dəstəklənməsinə aiddir.
“Daimi Komitənin 1092 saylı qərarı ilə ATƏT layihələrinin koordinatorunun mandatı ofisi vətəndaş cəmiyyəti ilə əlaqələri dəstəkləməyə çağırır, o cümlədən konkret layihələrdən kənar əlaqələri. Biz sizi ATƏT-in fəaliyyətinin məhdudlaşdırılması cəhdlərini nəzərə alaraq, öz mandatınıza riayət etməyə çağırırıq. Bu, əsasən layihələrin təsdiqlənməsi prosedurunun sərtləşdirilməsi fonunda baş verir. Bütün bunlar ATƏT-in Azərbaycana lazımi dəstək göstərməsinə mane olur ki, bu da yolverilməzdir”, – deyə Baer bildirib.
ABŞ səfiri Azərbaycan hökumətinin müstəqil KİV, QHT və vətəndaş cəmiyyəti fəallarına təzyiqləri davam etdirdiyini nəzərə alaraq Vaşinqtonun narahat olduğunu bildirib: “ABŞ əvvəlkitək martda müxalifət liderləri İlqar Məmmədov və Tofiq Yaqublunun, mayda QHT rəhbəri Anar Məmmədlinin həbsindən narahatdır. ABŞ Sülh və Demokrariya İnstitutunun direktoru Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus və jurnalist Rauf Mirqədirova qarşı cinayət işindən narahatdır. Onlar xalq diplomatiyası üzrə layihələrə cəlb olunublar. Facebook fəalları Elsevər Mürsəlli, Abdul Əbilov və Ömər Məmmədovun narkotik maddə saxlamaq kimi şübhli ittihamlarla tutulması korrupsiya və insan hüquqlarının pozulmasına görə hökuməti tənqid etmələrinə cavabdır. Bütün bunlar Azərbaycanda öz fikrini söyləmək hüququnun vəziyyəti barədə həyəcan siqnalıdır.
Nəhayət, bu yaxınlarda Gəncədən QHT lideri Həsən Hüseynli uydurma ittihamla mühakimə edilib. Bu, öz hüquq və azadlıqlarını həyata keçirmək istəyənlərin təqib edilməsi üzrə daha bir həyəcanlı mənzərəyə nümunədir”.
Xatırladaq ki, ötən il Azərbaycan hökuməti ATƏT-in Bakı ofisinin mandatının layihələrin koordinatoru səviyyəsinə endirilməsini tələb edib. Vaşinqton isə bunu etməməyə çağırmışdı.
Fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT layihələrinin koordinatoru təyin edilib və 2014-cü il martın 1-dən bu postda çalışır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Gülənçi polislər”dən 11-i haqqında həbs qərarı çıxdı

Next Post

Bu divanda 2500 nəfər otura bilər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu divanda 2500 nəfər otura bilər

Ermənilər bir əsgərimizi yaraladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.